DAMM-da keçirilən növbəti tədbir siyasi araşdırıcı Tofiq Əlizadənin 20 yanvarın haradan qaynaqlandığını, Xocalı və digər qətliamların niyə məhz bu tarixlərdə törədildiklərini tarixi faktlarla izah etdi

0
257

1990 cı ildə Bakıda törədilmiş 1990 il, 20 yanvar hadislərinə həsr olunmuş tədbir təşkil olunmuşdur. İlk öncə 1990 il 20 yanvar şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Daha sonra “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” təşkilatının prezidenti  Tofiq Əli-zadə bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, kecmiş Sovetlər İttifaqının hərbi qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən, Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür.

Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Qabaqcadan düşünülüb hazırlanmış və  Sovet  ordusunun əli ilə, Bakıda və Respublika rayonlarında törədilən  vəhşiliklər nətiçəsində  131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur.SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır.Sovet ittifaqının o zamankı rəhbərliyinin təcavüzkarlıq aksiyası, Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.Daha sonra deyildi ki, Ulu Ondər Həydər Əliyevin  Moskvada Azərbaycan nümayəndəliyində keçirdiyi mətbuat konfransında, Azərbaycana qarşı törədilən bu hadisənin günahkarı kimi SSRİ nin o zamanki rəhbəri olan, M.Qorbacovu tənqit etmişdi. Daha sonra Tofiq Əli-zadə bildirdi ki,,Sovet qosunlarının Bakıya yeridilməsində məqsəd,Azərbaycanın demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək idi. Sonra cıxış edən “Carçı” yurnalının baş redaktoru Gülnarə Əmirquliyeva,“Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli,  AYB-nin üzvü Aygün Hüseyn, Rəna Xudiyeva, Etibar Əliyev, Məhərrəm Mərhərrəmov, DAMM-ın Ekspertlər Şurasının sədri Nəzakət Əhmədova bildirdilər ki, 1990 il qanlı 20 yanvar faciəsinin şahidləri kimi  o hadisələri yaxşı xatırlayırıq, 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilməlidir. Tədbirin sonunda, şairə Nazlı Yazar 20 yanvar şəhidlərinə həsr etdiyi seirini oxudu.

Sonda DAMM-nin EŞ- nın sədri Nəzakət Əhmədova Tofiq Əlizadəni səmərəli fəaliyyətinə görə Fəxri Diplomla təltif etdi.

Nəzakət Eminqızı , “Yazarlar”jurnalının əməkdaşı,AJB- nin üzvü, yazıçı- publisist