Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbər heyəti və üzvləri 20 yanvar şəhidlərinin anım mərasimi keçirtmişdir.
DAMM İB-nin I vitse-prezidenti Ruhiyyə Poladova, Ekspertlər şurasının sədri Nəzakət Kərimova.Əhmədova və bir sıra digər əməkdaşları 20 yanvar günü ilə bağlı acılı xatirələrini bölüşmüşlər. Həmin günün yaddaşlarda həkk olunmuş ağır üzüntüləri dinlənilmiş, böyükdən-kiçiyə hər bir kəsin qanlı 20 yanvar gününün unutmaması üçün hər il 20 yanvar gününə həsr olunmuş tədbirlər keçirilmiş, bu günün dəhşətini əks etdirən kitablar nəşr olunmuşdur.
DAMM-nin idarə heyətinin üzvləri, təşkilatın bütün üzvləri, yaxınları daha sonra Şəhidlər Xiyabanını ziyarət etmişlər.

