
Damar mənşəli əqli geriləmə və yaddaş pozulması baş beyini qidalandıran irili-xırdalı damarların pozulması və qan dövranının pisləşməsi ilə bağlıdır.
60-65 yaşda başlayan demensiyanın əlamətləri 4-5 il öncədən özünü göstərir.
Erkən əlamətlərə bunlar aiddir: diqqət yayqınlığı, qısa müddətli huşun sanki pozulması, düşüncənin sürətinin azalması, problemlərin həllində və qərarlar verməkdə çətinlik, insan yaxın gələcəkdə, məsələn 3 gün əvvəl baş vermiş hadisələri xatırlamaqda çətinlik çəkir.
Nitq yavaşıyır, görmədə problem olur, fikirləri çox düşünərək deyir, asan sözləri belə unudur.
Əhvalda, xarakterdə dəyişikliklər: apatiya, deprassiya, həyəcan, təşviş pozuntusu, insan qəfildən gülür və ya durduğu yerdə ağlayır.
Təzyiq, diabet və ürək xəstəlikləri damar demensiyasını sürətləndirir.