Yeni 14-cü anti-Rusiya sanksiyaları paketi “sərt olacaq” və enerji, texnologiya, həmçinin bank xidmətlərinə təsir edəcək.
Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
“Mən Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılaşmanı alqışlayıram, bu, sərt paketdir, Rusiyanı əsas texnologiyalara çıxışdan, əlavə enerji gəlirlərindən məhrum edəcək və xaricdəki kölgə donanmasına, kölgə bank şəbəkəsinə təsir edəcək”, – deyə Leyen “X” sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Belçika Avropa İttifaqı ölkələrinin daimi nümayəndələrinin növbəti anti-Rusiya məhdudiyyətləri ilə bağlı razılığa gəldiyini bildirmişdi. Sanksiyalar yeni tədbirlərlə yanaşı, mövcud məhdudiyyətlərdən yayınma ilə mübarizə tədbirlərini də əhatə edəcək.