
Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalan hərbi qulluqçusu Nurlan Əbilov şəhid olub.
Bu barədə Masallı Rayon icra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, rayonun Ağakişibəyli kəndindən olan 1994-cü il təvəllüdlü N.Əbilov bu gün səhər saatlarında şəhidlik zirvəsinə ucalıb.
O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!