Daha bir ölkədə “M çiçəyi” həyəcanı: -Simptomları bunlardır

0
54

Burundidə hərarət, oynaq ağrısı və geniş yayılmış səpgi şikayətləri ilə xəstəxanaya müraciət edən 5 nəfərdən 3-də “M çiçəyi” virusu aşkar edilib.

Bununla bağlı Burundi Səhiyyə Nazirliyinin açıqlama verib.

Açıqlamada virusa qarşı bütün tədbirlərin görüldüyü və testi müsbət çıxan şəxslərlə təmasda olanların müayinə olunacağı bildirilib.

Xatırladaq ki, iyulun 23-də Burundinin qonşusu Konqo Demokratik Respublikasında (DRC) sürətlə yayılan “M çiçəyi” epidemiyasının regional yayılma riskinin olduğu barədə xəbərdarlıq edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ilin əvvəlindən bəri dünyada 3100-dən çox “M çiçəyi” hadisəsi qeydə alınıb. Virus əvvəllər ABŞ və Hindistanda ölümlərə səbəb olub.