Almaniya quru sərhədlərini mərhələli şəkildə açır.
15 iyundan sonra koronavirus pandemiyasına qarşı görülən tədbirlər çərçivəsində təyin olunan nəzarət sistemləri götürüləcək.
Ölkənin Daxili İşlər naziri Horst Şehofer Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib ki, nəzarətin yığışdırılması üçün Federal Polis Təşkilatına təlimat verilib.
Bundan başqa, İtaliyadan hava yolu ilə gələnlər də 15 iyundan sonra xüsusi yoxlanışdan keçməyəcək. İspaniyadan gələnlər üçünsə 21 iyundan sonra şərtlər asanlaşdırılacaq.
Nazirin sözlərinə görə, iyun ayının sonunda Avropa İttifaqına daxil olan ölkələr üçün məhdudiyyətlər aradan qaldırılacaq.
Xatırladaq ki, Almaniya 16 martda sərhədlərə yüksək səviyyəli nəzarət tətbiq etməyə başlamışdı.