Meksikanın Maliyyə naziri Arturo Herreranın koronavirus testi pozitiv çıxıb.Bu barədə nazirin özü sosial şəbəkə səhifəsində məlumat paylaşıb.
“Yüngül simptomlar var. Bu saatdan etibarən özümü karantinə alıram. Evdən işləyəcəyəm”, – deyə nazir bildirib.
Qeyd edək ki, Meksikada 25 mindən çox insan pandemiya qurbanı olub.