Çinin 3C adlı nizamlayıcı orqanının məlumatlar bazasında TA-1170 kod nömrəsinə sahib Nikia modeli aşkar edilib. NokiaPowerUser saytının məlumatına əsasən söhbət məhz Nokia 2720 telefonunun yenilənmiş versiyasından gedir. Məlumata əsasən təqdim olunacaq yeni model hətta 4G şəbəkələrində də çalışa biləcək. Gələn ay orijinal Nokia 2720-nin satışa çıxmasının 10 yaşı tamam olacaq.
Nokia təmsilçiləri hələ bir neçə müddət bundan öncə təsdiq etmişdilər ki, yeni smartfon sentyabr ayının əvvəlində keçiriləcək IFA 2019 sərgisində təqdim olunacaq. Həmin vaxtda onlar söhbətin hansı smartfondan getdiyini bildirməmişdilər. Qeyd etmək lazımdır ki, 2009-u ildə satışa çıxmış Nokia 2720 telefonu 120×160 piksel keyfiyyətli 1.8 düym əsas rəngli ekran, 128×160 piksel keyfiyyətli 1.36 düym əlavə monoxrom ekran və 860 mAh enerji tutumlu batareya ilə təchiz olunurdu.