Xəzər rayonunda 40 yaşlı kişinin üstünə darvaza aşıb.
Binə qəsəbəsində 1979-cu il təvəllüdlü Qəhrəmanov Qəhrəman Fərhad oğlu yaşadığı evin həyətində olarkən üstünə dəmir qapı aşıb.
Yaralı təcili olaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması, sol bazunun və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.