
Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan Böyük Dəbilqədə turnirində cüdoçularımız daha bir medal qazanıb.
Məmmədəli Mehdiyev də bürünc medal qazanıb.
90 kq çəki dərəcəsində mübarizə aparan 28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə özbəkistanlı Şerməhəmməd Jandreyevi məğlubiyyətə uğradıb.
Bu, Azərbaycanın Böyük Dəbilqədə ikinci medalı olub.
Qeyd edək ki, martın 6-da Rüstəm Orucov (73 kq) da bürünc medal qazanmışdı.