Daha bir aparıcı Xəzər TV-dən uzaqlaşdırıldı

0
875

Aparıcı Zümrüd Bədəlova “Xəzər” televiziyasından uzaqlaşdırılıb.O da digər həmkarları kimi “Xəzər”ə bağlı Dalğa TV-də fəaliyyət göstərəcək. Zümrüd ARB-dən ayrılan aparıcı İsa Şükürovla birlikdə maqazin gündəmini müzakirə edən veriliş təqdim edəcək.

Qeyd edək ki, daha öncə Tarix Əliyev, Zaur Kamal, aşpaz Ağakərim Əbülfəzoğlunun da “Dalğa TV”də aparıcılıq edəcəyi barədə xəbər yayılıb. Zaur Kamal isə yayılan xəbərləri inkar edib.