
Fevralın 13-də Qarabağda aparılan axtarışlar nəticəsində daha 4 erməni hərbçisinin meyiti tapılıb.
Meyitlər Qubadlı rayonu ərazisində aşkarlanıb.
Bununla da 14 noyabr 2020-ci ildən bəri axtarışlar zamanı döyüş meydanlarından tapılan erməni əsgər meyitlərinin sayı 1378-ə çatıb.
Axtarışların fevralın 15-də davam etdiriləcəyi bildirilib.