Daha 200-ə yaxın işsiz şəxs peşə hazırlığına cəlb edildi

0
268

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı və Göyçay Peşə Hazırlığı Mərkəzlərində 200-ə yaxın işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub. 

Nazirlikdən verilən məlumata görə, onlar kurslarda qənnadçı-şirniyyatçı, alətçi-çilingər, dərzi, “backend developer”, dayə, dərzi, mobil telefonların təmiri ustası, bərbər, minaaxtaran, proqramla idarə olunan dəzgah operatoru, ərzaq və qeyri-ərzaq malları satıcısı nəzarətçi xəzinədar və bağban peşələrinə yiyələnirlər.

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçmələrinə də şərait yaradılır. 

Kursların sonunda imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək. 

Peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd də ödənəcək.