Dağıstanda sabiq deputatın oğlu adam öldürdü – VİDEO

0
624

Dağıstanın paytaxtında sabiq deputatın oğlanlarının iştirakı ilə silahlı insident baş verib.

Hadisə nəticəsində bir nəfər ölüb.

Məlumata görə, Dağıstan Parlamentində sabiq deputatın oğlu Surakat Asilyatov “Kaspiy” Yol İdarəsinin Dağıstan filialının keçmiş rəhbərinin qardaşı oğlu Abdulbasir Omarova yeddi dəfə atəş açıb. Gənc xəstəxanada dünyasını dəyişib.

Hazırda Surakat və münaqişədə iştirak edən qardaşları Gərəyxan və Hüseyn axtarışdadırlar.

Hadisə ilə bağlı “Qətl” və “Qeyri-qanuni silah dövriyyəsi” maddəsi ilə cinayət işi açılıb.