Dağıstanda 50 uşaq zəhərləndi

0
321

Dağıstanın Buynaksk şəhərində otuz uşaq qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə şəhər meriyasından məlumat yayılıb.

“Xəstəxanaya yerləşdirilənlərdə hərarət, ürək bulanması, qusma və bağırsaq narahatlığı simptomları müşahidə olunur”, – məlumatda qeyd olunub.

Dağıstan Səhiyyə Nazirliyinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.

***

Qidadan zəhərlənən azyaşlıların sayı 50-yə çatıb. Onların vəziyyəti orta və yüngül dərəcədə qiymətləndirilir.