D vitamininin azlığı CİDDİ FƏSADLAR YARADIR

0
331

Xüsusilə koronavirus infeksiyası ilə mübarizə dönəmində vitamin D bədənimizdə çox əhəmiyyətli rol oynayır.

Bu vitamin çatışmazlığı dünyanın demək olar ki, bütün ölkələrində geniş yayılıb.

Amma insanların əksəriyyəti vitamin D-nin çatışmazlığından şübhələnmirlər.

Bəs D vitamini çatışmazlığının əlamətləri hansılardır?

Mütəxəssislərin fikrincə aşağı səviyyədə olan vitaminlər aşağıdakı pozğunluqlarla özünü göstərə bilər:

Sümüklərdə və beldə ağrı,
Yorğunluq
Depresif vəziyyətlər
Saç tökülməsi
Astmanın kəskinləşməsi
Ürək-damar xəstəliklərinə həssaslıq

Bütün bu problemlər D vitamini çatışmazlığının simptomları sayıla bilər. Əlbətdə başqa səbəblər də ola bilər. Amma bu əlamətlərdən biri varsa, D vitamini səviyyəsini yoxlatmaq və terapevtlə məsləhətləşərək qan analizi vermək lazımdır