Dəyirmi Masa keçirildi.

0
521

Bu günlərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərovanın  Azərbaycanın və Türkiyənin ortaq dəyəri İbrahim Safinin Avropa həyatının tədqiqi ilə əlaqədar yenicə çapdan çıxmış “İşığı solmayan rəsmlər” kitabçasının təqdimatı oldu.

Tədbir Şəhidlərimizin bir dəqiqəlik  sükutundan sonra davam etdi. Müəllif tədqiqatla əlaqədar yenicə qayıtdığı Türkiyə-Yunanıstan-Fransa səfərində apardığı tədqiqat işindən, bu işdə ona yardımçı olan diaspora və İbrahim Safi yaradıcılığı ilə bağlı insanların xatirələrindən, rəssamın xaricdə nümayiş olunan möhtəşəm əsərlərindən ətraflı məlumat verdi.

Həmin layihənin məqsədi, vəzifələri, nəticələri və həyata keçirilməsi haqda məlumatlarını iştirakçılara çatdırdı.

Eyni adlı filmin nümayişi zamanı gördük ki, müəllif bu sahədə necə gərgin əmək ,zəhmətlər və çətinliklərlə qarşılaşsa da məqsədinə nail olmaq üçün hər əzaba dözərək problemlərin həllinə nail ola bilmişdir.

Belə ki ,bundan əvvəl nəşr etdirdiyi “Rəngləri danışdıran adam” kitabının ardından keçirilən elmi-praktik konfranslar,təqdimatlar, əsasən Türkiyədə və Avropada yaşayan sənət adamları ilə apardığı diskussiyalar, yazışmalar Jalə xanımı əmin etdi ki, İbrahim Safinin yaradıcılıq sahəsi çox geniş olub…

On üç il qısa fasilələrlə Avropanın bir çox ölkələrinə üz tutan rəssam həm əsərlərinin sərgisini keçirib ,həm də fərdi qaydada pərəstişkarlarına əsərlərini sata bilib…

Bütün bunları ortaya çıxarmaq üçün əlində bəlli ünvanların olmaması Jalə xanımı bir sıra çətin…

Kim idi İbrahim Safi?

Şəfiyev Pəhman Qafar oğlu (sonradan  İbrahim Safi kimi tanınan) 1898 ci ildə Şərur-Dərələyəz qəzasının Cəlilkənd kəndində anadan olmuşdur. Qafar bəyin 6 övladı olmuşdur..Bədirnisə, Şiəmən,Mina,Xırdaxanım,Kərim və Pəhman.

Atası vəfat edəndə Pəhmanın 3 yaşı vardı. O,ata sevgisindən məhrum olmuş, qohumların himayəsi altında böyümüşdür. Sonralar kənddəki orta məktəbi, İrəvan Müəllimlər Seminariyasını bitirmiş,1917-ci ildə Pusiya Ali Rəssamlıq Məktəbinə qəbul olmuş və həmin dövrdə Rusiyada baş verən inqilaba görə təhsilini yarımçıq qoyub vətənə qayıtmışdır.

1918 ci ildə Azərbaycanda , o cümlədən Naxçıvanda başlayan erməni- müsəlman qırgınları ilə əlaqədar Rəhman Səfiyev Qafqaz İslam Ordusunda Azərbaycan torpaqlarlnın ermənilərdən azad olunmasında iştirak etmişdir….

Sonralar bu Ordu ilə birlikdəTürkiyəyə qayıtmış 1919-1920 ci illərdə zabit kimi Qurtuluş savaşında iştirak etmişdi

1923 cü ildə   İstanbul İncəsənət Akademiyasının məzunu olmuşdur.Türkiyədə 1934 cü ildə Soyad haqqında qanun qəbul edildikdən sonra Rəhman Sofiyev adını dəyişmək məcburiyyətində qalır və Türkiyədə İbrahim Safi ad və soyadı ilə yaşamaga başlayıb. Onu Türk dünyasının  böyük lideri Mustafa Atatürkün naturadan rəsmini çəkdiyini sübut edən kifayət qədər sanballı mənbələrin olması bunu təsdiq edir.

1953-cü ildə (55yaşında) Zaharina adlı yunan qadınla evlənib. Türkiyənin məşhur rəssamı İbrahimin yaxın dostu olan Naci Terzi bu dul qadınla  evliliyini onun maddi durumunun çətin olması ilə əlaqələndirir.Naci Terzinin soykökü Səfəvilər nəslinə məvsubdur.

Rəhmanın soykökü Səfiyevlər nəsli Tağı bəy Səfiyev,Abdürrəhim bəy Fətəlibəyli-Düdənginski,Nəsrulla bəy Səfiyev kimi nəhəng simalar olmuşdur.Bunlar şəcərələrinin qollu – budaqlı ,ali təhsilli, cəmiyyətdə sanballı yerləri olan ziyalılardır.

Bu nəsildə Qarabag şəhidi olan İbrahim Safinin bacısı Xırdaxanımın nəticəsi Azərbaycanın Milli Qəhrəmanı İbrahim Məmmədov torpaqlarımızın erməni işgalından azad olunması ugrunda(1992) şəhid olmuşdu.

Uğursuz bir yunan qadınla evlənməsi məşhur rəssamın zəngin irsinin sonralar dağılmasına səbəb olmuşdur. Sonralar rəsamın ölümündən sonra Zaharina Türkiyədən Yunanıstana köçmüş ,rəssamın ən dəyərli tablolarınlı da özü ilə apararaq maddi ehtiyac üzündən satmışdır.

Bu tablolara böyük mənəvi dəyər verən professor,kolleksiyaçı Enver Tali Çetin onun  bir neçə tablosunu geri qsytarmlşdır

Bəli xalqımız dünyada tanınan və sevilən sənətkarlardan  Əzim Əzimzadə,Tahir Salahov,Togrul Nərimanbəyov,Bəhruz Kəngərli,Səttar Bəhlulzadə,Maral Rəhmanzadə kimi ibrahimov Safinin də adını bu cərgədə çəkəcək.Eyni zamanda Türkiyə rəssamlıq məktəbi yaradan rəssam Azərbaycan və Türkiyənin  ortaq dəyəri kimi qiymətləndiriləcək.

Tədbir iştirakçılarından Pərvanə Talıbova,Sevinc Rüstəmova,Azər Hacıbəyli , bu sətirlərin müəllifi və digər dinləyicilər bu çətin və zəruri tədqiqatın davam etdililməsində Jalə  xanıma uğurlar dilədi.

Nəzakət  Kərimova Əhmədova,

AJB -nin üzvü,DAMM və SİMİB-nin Fəxri üzvü, “Yazarlar” jurnalının əməkdaşı.