Dəyirmi masa: “Azərbaycan və Çin Böyük İpək Yolunda”

0
471

Oktyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “Azərbaycan və Çin Böyük İpək Yolunda” mövzusunda dəyirmi masa keçirəcək.

İnstitutdan bildirilib ki, dəyirmi masada AMEA-nın Tarix İnstitutunun alimləri və Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanqın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Tədbirdə AMEA-nın Tarix İnstitutu ilə ÇİEA-nın Dünya Tarixi İnstitutu arasında hər iki ölkədə Azərbaycan-Çin əlaqələri tarixini araşdıran mərkəzlərin yaradılması barədə müqavilə imzalanacaq.

Dəyirmi masa AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək