ABŞ Prezidenti Donald Trampa məxsus qolf klubunda toy mərasimi keçirilib.
Toya D.Trampın şəxsən özünün təşrif buyurması qonaqlar və bəylə gəlin üçün xoş sürpriz olub.
“Make America Great Again” (Amerikanı yenidən nəhəng et) devizi altında keçirilən mərasimdən xəbər tutan prezident dəvət gözləmədən məclisə yollanıb.
ABŞ Prezidentini sevən, onun siyasətini birmənalı şəkildə dəstəkləyən və ona sadiq olan Respublikaçılar Pi Cey Monqolli və Nikol Mari kumirlərini (red – D.Trampı) məmnunluqla qarşılayıblar.
D.Tramp isə öz növbəsində cütlüyü səmimi qəlbdən təbrik edib, onlara xoşbəxtlik arzulayıb. Hətta ölkə başçısı gəlini öpüşlə mükafatlandırıb.
Cütlük seçicilərə çox diqqət və qayğı göstərdiyi üçün Trampa minnətdarlığını bildirib.
Rəşad Əliyev