Dərs ilinin müddəti artırıla və yay tətili ləğv oluna bilərmi? – RƏSMİ

0
449

Mövcud real vəziyyət, yerli şərait, insanların təhlükəsizliyi, şagirdlərin marağı, bütün prioritetlər nəzərə alınaraq, dərslərin başlanması müddətləri ilə bağlı qərar veriləcək”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

O qeyd edib ki, dərs ili müddətinin artırılması və yay tətilinin ləğvi ilə bağlı məsələ real vəziyyət göz önünə gətirilərək, öz həllini tapa bilər.

“Bir məqam aydındır ki, bir sıra yeniliklər, mövcud reallıqlar nəzərə alınacaq, ancaq konkret vaxtla bağlı indi danışmaq düzgün olmaz”, – deyə C.Bayramov əlavə edib.