İxtisasca alman dili müəllimi olan Maral Yusifova Sumqayıtda yaşasa da, şagirdlərə fənnini tədris etmək üçün hər gün Qubanın Qəçrəş kəndinə gəlir.
O, 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayaraq bu məktəbi seçib. Uşaqlıqdan müəllim olmaq istədiyini deyən Maral Yusifova deyir ki, universitet zamanından ucqar kənd məktəbində çalışmağı qarşısına məqsəd qoyub.
Gənc müəllimin sənətinə olan sevgisi onu şagirdlərə də sevdirib. O artıq beş ildir ki, yay-qış demədən, hər gün şəhərdən kəndə üz tutur. Bu təqdirəlayiq işdə ona ən böyük dəstəyi isə atası verib. Peşəsinin vurğunu, fədaisi olan müəllimin işi bununla da yekunlaşmır. Maral Yusifova Qəçrəşdəki dərsi bitdikdən sonra Bakıya qayıdıb, Azərbaycan Dillər Universitetində magistr tələbələrinə alman dilini tədris edir.
Ətraflı süjeti təqdim edirik: