Jelatin tərkibli məhsullar dərini gəncləşdirir.
Bu barədə amerikalı dietoloq Ketrin Payper bildirib.
Onun sözlərinə görə, tərkibində jelatin olan məhsullar dərinin elastikliyini və möhkəmliyini qorumağa kömək edir, nəm səviyyəsini yüksəldir.
Evdə hazırlanan toyuq və ət tərkibli bulyonlarda, şorbalarda, souslarda bol miqdarda kollagen olur. Jelatin isə bəzi desertlərin, həmçinin pəhriz əlavələrinin tərkib hissəsidir. Jelatin kollagenin törəməsi olduğundan dərinizin sağlamlığını və görünüşünü yaxşılaşdırmağa kömək etmək baxımından oxşar xüsusiyyətlərə malikdir.
Doktor Payper qeyd edib ki, insan yaşlandıqca onun dərisi elastik lifləri itirir və kollagen istehsalı ləngiyir, bu da üzdə sallanma və qırışlar yaradır. 1721 könüllünün iştirak etdiyi bir araşdırma uzunmüddətli kollagen əlavəsi qəbulunun dərinin elastikliyini artırdığını təsdiqləyib.
Payperin sözlərinə görə, jelatinlə hazırlanmış dadlı desertlər də bu faydalı təsirə malikdir. Bununla belə, bu cür qidalara həddindən artıq aludəlik allergiyaya və həzm problemlərinə səbəb ola bilər.