Koronavirus risqi ilə əlaqədar əl və üzümüzü tez-tez yumaq, spirtlə silmək dərinin codlaşmasına səbəb olub. Bu da bir çox problemlərin yaranmasına gətirib çıxarıb. Digər tərəfdən isə virusa yoluxma qorxusu səbəbində yaranan stress dərimizə də təsirsiz ötüşmür.Yayda daha çox qulluq tələb edən dərini qorumaq mütləqdir.
Spirt və digər dezinfeksiyaedici maddələr, sabunla tez-tez yumaq dərinin təbi halını yox edir. Çünki dəri gün ərzində fərqli streslərə məruz qalan ən geniş orqandır.
İlk növbədə dəridə sızanaqlar artır. Fərqli qidalanma və maska taxmaq üzdə qara nöqtələri də çoxaldır. Çalışın üzünüzü gündə iki dəfə gellə yuyun. Bu gel üzünüz üçün istfadə etdiyiniz hansısa bir maye ola bilər. Digər önəmli tərəf isə çox su içməyinizdir. Şokolad, süd və süd məhsulları yeməyi dayandırın.
Əlləriniz üçün iysiz və rəngsiz orqanik sabunlar istifadə edib. Dərinin quruması allergiyaya gətirib çıxarır. Əlinizdəki qızartı, quruluq, çatlama və qaşınma heç də xoş hal deyil. Hər dəfə əlinizi yuduqdan sonra çalışın krem çəkin. Çalışın D vitamini qəbul edin.
Sinə bölgəsində və saç diblərində də qaşınma və qızartılar yaranar. Bu zaman çalışın çox isti su ilə çimməyin.