
Nigeriya ərazi sularında dəniz quldurları tərəfindən qaçırılan 15 türk dənizçi xilas edilib.
“Motsart” gəmisinin heyət üzvlərinin səhhəti normal olaraq qiymətləndirilir.
Xilasetmə əməliyyatının təfərrüatlı hələ ki açıqlanmır.
Xatırladaq ki, yanvarın 23-də dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “Motsart” gəmisinə hücum ediblər.
Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.