Türkiyənin Muğla bölgəsinin Datça rayonunda balıqçıların tapdıqları dəniz canlısı görənləri şoka salıb.
Datçalı balıqçılar Aralıq dənizi sahillərindəki limanda gəmilərin arasında qəhvəyi tonlarda üstü şəffaf, bir-biri ilə bağlı zəncirlənmiş formada hərəkət edən dəniz anasına oxşar canlı tapıblar.
Canlının 2014-cü ildə dünyada ilk dəfə Yeni Zelandiyada bir balıqçı tərəfindən kəşf edilən Salpa Maksimanın başqa bir növü olduğu deyilir.
mənbə: metbuat