“Ötən ay beş tondan çox narkotik vasitə dövriyyədən çıxarılaraq məhv edilib”.
Bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov deyib.
O bildirib ki, həmin vasitələrin əksəriyyəti “patı” adlandırılan metamfetamin olub:
“Onun qiyməti qəsdən endirilib ki, gənclərimizin hər biri onlardan alıb istifadə etsin”.