Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
100 kiloqram çəki dərəcəsində yer alan dünya çempionu yarımfinal mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyevlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kotsoyev finala vəsiqə qazanıb.
Təmsilçimiz həlledici mərhələdə İlya Sulamanidze ilə (Gürcüstan) qarşılaşacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kiloqram) olimpiya çempionu olub.