Binəqədidə 31 yaşlı kişi bıçaqlanıb.
1988-ci il təvəllüdlü Əliyev Vüqar Şöhrət oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Çoxsaylı bıçaq zərbələri alan yaralı təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyat olunan V.Əliyev reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.