COVİD-19-un yeni ştammı yayıldı – 90 nəfər öldü

0
181

Rusiyada əhalinin COVİD-19-a qarşı kütləvi immunitet qazandığı düşünülsə də, son həftədə ölkədə yoluxma sayı sürətlə artmağa başlayıb.

Son bir həftə ərzində koronavirusdan 90 nəfər öldüyü açıqlanıb. Koronavirus İnfeksiyası ilə Mübarizə üzrə Federal Əməliyyat Qərargahı bildirib ki, COVİD-19-un yeni variantı sürətlə artır.

Son bir həftədə əhalinin hər 100 min nəfərində yeni koronavirus infeksiyasına yoluxma nisbəti 54,47 olub və əvvəlki həftə ilə müqayisədə 32,8% artıb. Hesabatda qeyd olunub ki, Moskva da daxil olmaqla 27 bölgədə COVİD orta hesabla daha sürətlə yayılır.

Ölənlərin kimliyi ilə bağlı məlumatlar açıqlanmır, lakin BMT baş katibinin keçmiş müşaviri Kofi Annan, mikrobioloq və diplomat, BMT-nin Bioloji və Kimyəvi Silahlar Komissiyasının keçmiş üzvü İqor Nikulin müsahibəsində yeni ştammın laboratoriya mənşəli olduğunu və əsasən slavyanlara təsir etdiyini iddia edib.

“Güman edirəm ki, COVİD ABŞ-dakı bioloji laboratoriyalarda tamamlanmağa davam edir. Şübhə yoxdur ki, Pentaqonun 400 laboratoriyası çörəyi elə-belə yemir. Əlbəttə ki, COVİD-in də daxil olduğu RNT genomu olan viruslar DNT viruslarından daha dəyişkəndir, lakin üç il ərzində mindən çox variant meydana gətirəcək dərəcədə deyil. Bu təbiətdə heç vaxt qeydə alınmamışdı. Təbii bir virus üç ildə beş mutasiya yarada bilər, bəlkə də daha çox, amma minlərlə deyil.

Rusiyada hələ bu barədə danışmırlar, amma dünyada artıq aşkar edilib ki, bəzi kovid ştammları monqoloidlərə təsir edir, lakin avropalılar və afrikalılar onlardan ciddi əziyyət çəkmirlər. Xəstələnəndə isə ya çox yüngül keçirirlər, ya da ölümcül olmur. Çinlilər isə kəşf ediblər ki, onları yoluxduran, lakin avropalıları narahat etməyən müxtəliflik var. Onlar bundan şübhələndikləri üçün kovidin laboratoriya mənşəyini sübut etdilər.

Biz çoxdan təxmin edirdik ki, yalnız slavyan qrupunun avropeoidlərinin və İranda əhalinin genetikasına
uyğunlaşdırılmış ştamm olacaq. Güman edirəm ki, indi slavyanlar onlar üçün hazırlanan COVİD-dən əziyyət çəkirlər. Qafqaz respublikalarında xəstələnmə səviyyəsinin ölkə üzrə orta göstəricidən aşağı olduğunu, məsələn, Kirov vilayətində daha yüksək olduğunu başqa necə izah etmək olar. Təsadüf?”, – İqor Nikulin açıqlamasında vurğulayıb.

Ekspert həmçinin qeyd edib ki, kifayət qədər çox sayda insanın olduğu dar bir məkanda virusun yoluxuculuğu daha yüksəkdir və xəstəliyi bu yolla yaymaq daha asandır:

“Bir aerozol qutusundan sprey sıxa bilərsiniz, sonra insanların üçdə ikisi xəstələnəcək və bunu özləri yaymağa başlayacaq.

Amerikalıların İranda etdiyi kimi, kondisioner sistemindən istifadə etmək olar. Orada xəstələnən nə sıravi vətəndaşlar, nə də turizm mərkəzlərindəki əcnəbilər idi, qapalı ərazilər – hökumət binaları, Baş Qərargah idi. Xəstəlik Qum şəhərinin ayətullahların yerləşdiyi hissədə yayılmışdı. Kənardan gələnlərin ora girmək imkanı yoxdur, orada hər şey bağlıdır, amma kondisioner sistemləri var. Agentlərin köməyi ilə bu obyektlər yoluxdurulub”.

Qeyd edək ki, 2023-cü ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasının sona çatdığını elan etdi, lakin avqust ayında dünyanın bəzi ölkələrində yoluxma yenidən artmağa başladı. Cənubi Koreyada, İtaliyada, ABŞ-da, Böyük Britaniyada, Avstraliyada və Sinqapurda həyəcanverici statistikalar qeydə alındı. ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus brifinq keçirərək, əvvəlkilərdən daha sürətli yayılan yüzlərlə yeni ştammın ortaya çıxdığını bildirdi.

Üstəlik, müxtəlif ştammlar müxtəlif ölkələrə təsir etməyə başladı. Məsələn, başqa yerlərdə tüğyan edən “kraken” və “pirola” ştammları “eris”in müəyyən edildiyi 57 ölkədə qeydə alınmamışdı. O zaman Rusiyadan COVİD yan keçdi. Həkimlər bunu peyvənd sayəsində əldə edilən kütləvi immunitet ilə izah etdilər.

Rusiyaya gələn yeni ştamma hələ ad verilməyib. Həkimlər qeyd edib ki, COVİD-19-a yoluxduqlarını vaxtında bilən və yardım alanlardan pandemiya zamanı ölən olmayıb.