COVID-19-dan “super immuniteti” necə əldə etmək olar? – ARAŞDIRMA

0
406
COVID-19-dan "super immuniteti" necə əldə etmək olar? - ARAŞDIRMA

İtaliya alimləri belə qənaətə gəliblər ki, “qarışıq” immuniteti olan insanlar SARS-CoV-2 patogenindən ən yaxşı şəkildə qorunur.

Söhbət insanın koronavirus infeksiyasına yoluxduğu və sonradan peyvənd edildiyi vəziyyətdən gedir.

Beləliklə, COVID-19-un törədicisindən “super immunitet” əldə etmək üçün xəstəlikdən əziyyət çəkən insanlar heç bir halda peyvənddən imtina etməməlidir.

Bu barədə Sena Universitet Xəstəxanasının əməkdaşları məlumat verib.

Mütəxəssislər könüllülərdə B-hüceyrələrinin səviyyəsinin yoxlanıldığı bir araşdırma aparıblar.

Təcrübə həm COVID-19-ə yoluxnuş, həm peyvənd edilənləri, həm də əvvəllər heç bir xəstəliyi olmayan peyvənd olunanları əhatə edib.

Nəticədə birinci qrupun nümayəndələrinin daha çox zərərsizləşdirici antitelə malik olduğu ortaya çıxıb.

Başqa sözlə, ikiqat “qorunma” orqanizmə SARS-CoV-2 koronavirusunun yeni variantlarının öhdəsindən gəlməyə imkan verir.

Ancaq qeyd etmək lazımdır ki, COVID-19 ilə xəstələnməmiş insanlar sadəcə peyvənd edilməlidir.

Əlbəttə ki, yalnız “super immunitet” əldə etmək üçün xəstəliyə xüsusi dözmək mümkün deyil, çünki peyvənd olmadan xəstəliyin ağır formasının inkişaf riski yüksəkdir.