COVID-19-dan ölən tibb işçilərinin sayı açıqlandı

0
294
COVID-19-dan ölən tibb işçilərinin sayı açıqlandı

“2020-ci ilin yanvarından bu ilin mayına qədər 100 mindən çox tibb işçisi koronavirusdan ölüb”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ÜST və tərəfdaşları birgə məruzə dərc ediblər. Məruzədə həkimlərin koronovirusdan müdafiəsini gücləndirməyə çağırış əksini tapıb.

“ÜST-nin yeni işçi sənədinə əsasən, 2020-ci ilin yanvarından bu ilin mayını əhatə edən dövrdə 115 mindən çox tibb işçisi koronavirusdan ölə bilər. Buna görə də tibb işçilərinin prioritet qaydada vaksinasiya olunması vacibdir”, – Tedros Adhanom Gebreyesus deyib.

Baş direktorun sözlərinə görə, Afrikada həkimlərin vaksinasiya səviyyəsi çox aşağıdır, yüksək gəlirli ölkələrdə isə tibb işçilərinin 80 faizdən çoxu tam peyvəndlənib.