Sosial şəbəkələrdə koronaviruslu xəstələrin ölülərlə bir yerdə saxlanıldığını əks etdirən dəhşətli kadrlar yayılıb. REN TV-nin məlumatına görə, görüntülər Hindistandandır.
Videonu Hindistanın Maharaştra ştatından deputat Niteş Reyn özünün “Twitter” hesabında- yayımlayıb.
“Buna necə yol vermək olardı… Rüsvayçılıqdır!”, – deyə o, statusunda bildirib.
Hospitaldan isə bildiriblər ki, COVID-19-dan ölənlərin qohumları onları xəstəxanadan götürmürlər.
Son məlumatlara görə, Hindistanda 56 516 nəfər koronavirusa yoluxub. İndiyə qədər 1 895 ölüm faktı qeydə alınıb, 16 867 nəfər isə bu xəstəliyə qalib gəlib.