COVİD-19 ətraf mühitin çirklənməsini artırdı – BMT

0
357

COVİD-19-la bağlı tətbiq olunan karantin səbəbindən parnik qazlarının havaya atılmasında kəskin azalma yaranıb. Bununla belə maska, əlcək və dezinfeksiyaedici mayenin olduğu qutuların istifadəsi ətraf mühitin plastiklə çirklənməsini gücləndirib.

Bu məlumat BMT-nin Ticarət və İnkişaf Konfransında təqdim edilən hesabatda yer alıb.

Təşkilatın nümayəndəsi Pamela Kok Hamilton plastmas çirklənmənin koronavirus ortaya çıxana qədər planet üçün ən böyük təhdidlərdən biri olduğunu deyib. Onun sözlərinə görə, insanların təhlükəsizliyi üçün istifadə edilən bu tip məhsullar mövcud situasiyanı çətinləşdirir.