“Cosmoline” Tərcümə Mərkəzi fars, rus, gürcü və erməni dilindən tərcümələrin həyata keçirilməsi üçün tərcüməçi vəzifəsinə vakansiya elan edir.
Namizədə tələblər:
– ali təhsil;
– fars, rus, gürcü və ya erməni dilini mükəmməl bilmək;
– yuxarıda qeyd olunan dillərin qrammatikasını yüksək səviyyədə bilmək;
– müasir informasiya texnologiyalarından istifadə etməyi, eləcə də məlumat toplamağı və təhlil etməyi bacarmaq;
– qeyd olunan dillərdən ikisini bilən, eyni zamanda sahə üzrə təcrübəyə malik namizədlərə üstünlük veriləcəkdir.
Peşəkar vərdişlər:
– verilən tapşırıqlara ciddi və məsuliyyətlə yanaşmaq;
– komanda ilə və müstəqil şəkildə işləməyi bacarmaq;
– yüksək qavrama və öyrənmə qabiliyyətinə malik olmaq;
– işdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmaq.
İş barədə məlumat:
– iş Bakı şəhərindədir;
– əmək münasibətləri qanunvericiliyə uyğun rəsmiləşdirilir;
– peşəkar inkişaf imkanı;
– gənc, enerjili və mehriban kollektiv;
– əmək haqqı 1000 AZN-dən başlayaraq.
Qeyd olunan tələblərə uyğun olan şəxslərdən CV məlumatlarını [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.