COP29-la bağlı erməni təxribatı: Bu tarixdə başlayırlar – İrəvanda nə planlaşdırılıb?

0
34

2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində Azərbaycanda “qanunsuz” saxlanılan erməni hərbi əsir və girovların (separatçı terrorçuların) dərhal azad edilməsi tələbi ilə etiraz aksiyaları başlayır.

Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan öz “Facebook” səhifəsində yazıb.

“Bu il oktyabrın 11-də saat 11:00-dan başlayaraq BMT-nin Ermənistandakı ofisinin, Rusiya, Fransa, ABŞ səfirliklərinin və Ermənistanın Xarici İşlər Nazirliyinin binaları qarşısında aksiyalar keçirməyi planlaşdırırıq. Aksiya BMT-nin Ermənistandakı ofisində başlayacaq”, – Melikyan yazıb.

Aydın görünür ki, separatçılar tapşırıq alıblar və COP29 ərəfəsində Azərbaycana mümkün qədər təzyiq göstərməyi planlaşdırırlar. Tapşırığın isə ABŞ-dan verildiyi ehtimal olunur.