Consondan Sunakın nüfuzuna xələl gətirəcək addım: yaxın aylarda…

0
168

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər etməyi planlaşdırır.

Bu barədə “The Guardian” yazıb.

Hələlik səfərlə bağlı rəsmi məlumat yoxdur. Consonun sözçüsü şərh verməkdən imtina edib.

“The Guardian” yazır ki, Boris Conson Ukraynaya səfər edərsə, bu, Rişi Sunakın Britaniya hökumətinin hazırkı rəhbəri kimi nüfuzuna xələl gətirə bilər.

Lakin keçmiş baş nazir dostlarına bildirib ki, o, “yaxın aylarda Kiyevə səfər edərək, Rusiya təcavüzkarlarına qarşı ölkəyə ictimai dəstəyini nümayiş etdirmək niyyətindədir”. Nəşr yazır ki, ukraynalı mənbələr Consonun Kiyevə getmək “məqsədində” olduğunu təsdiqləyir, lakin tarixlərlə bağlı hələlik konkret məlumat yoxdur.

Qeyd olunur ki, Conson vəzifədə olduğu müddətdə Ukrayna prezidenti Vladimir Zelenskinin güclü tərəfdarı olduğunu bəyan edərək, beynəlxalq müttəfiqləri müharibənin ilk günlərində hərtərəfli daha çox dəstək verməyə sövq edib. Böyük Britaniya 2023-cü ildə ən azı 2,3 milyard funt sterlinq xərcləyərək Ukraynaya əhəmiyyətli iqtisadi, humanitar və hərbi yardım göstərib.

Bu səfər keçmiş baş nazirin Kiyevə dördüncü səfəri olacaq