Conson Ərdoğanla danışdı: Əməliyyatı dayandırın

0
443

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İngiltərənin Baş naziri Boris Conson arasında telefon danışığı olub.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Telefon söhbətində B.Consonun Ərdoğandan Suriyanın şimalında aparılan “Sülh çeşməsi” əməliyyatının dayandırılmasını istədiyi bildirilib. Bundan əlavə, Conson Ərdoğana İngiltərənin əməliyyatı dəstəkləməyəcəyini açıq şəkildə söyləyib.