CNN: “Rusiyanın tank ehtiyatı tükənir”

0
115

Rusiya hakimiyyəti Ukrayna ilə müharibədə getdikcə daha çox köhnə texnikadan istifadə etməyə başlayır. Moskva döyüş bölgəsində İkinci Dünya Müharibəsindən sonra istehsal edilən tankları yerləşdirir.

Məlumata görə, Rusiya tank ehtiyatlarını köhnə nəsil texnika ilə doldurmağa çalışır. Ölkə müharibədə getdikcə daha öncəki tank modellərinə arxalanır.

“Onlar T-80 və T-90-larla müharibəyə başladılar, sonra T-72-lərə keçdilər. İndi isə biz ilk T-55-lərin döyüşə girmək üçün təmirdən çıxdığını və artilleriya ilə də eyni vəziyyətin olduğunu görürük”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, T-90 tankı ilk dəfə 1992-ci ildə, T-80 tankı 1976-cı ildə, T-72 1972-ci ildə, T-55 isə 1948-ci ildə İkinci Dünya Müharibəsindən sonra istifadəyə verilib.