UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda millimizlə oynayacaq Lüksemburq yığması Azərbaycana yoxlama görüşü keçirib gələcək.
Lüksemburq Futbol Federasiyasının saytı xəbər verir ki, cırtdan ölkənin millisi Bakıya səfər etməzdən əvvəl Almaniya 3-cü Liqasının debütantı olan “Zaarbrüken” klubu ilə gücünü sınayacaq.
Baş məşqçi Luk Holts Azərbaycanla oyun öncəsi komandasının zəif cəhətlərini məhz bu alman klubu ilə matçda müəyyənləşdirməyə çalışacaq. Həmin matç sentyabrın 1-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüş Lüksemburqun Jozi Bartel adına stadionunda keçiriləcək.