Çinli dülgər taxtadan retro “Mercedes” hazırlayıb

0
473

Çində bir dülgər 1934-cü il istehsalı olan “Mercedes 500K” modelinin əsasında taxtadan elektrik avtomobili düzəldib.

 

Çinin Tielinq şəhərində yaşayan 62 yaşlı Sun Liksinin hazırladığı avtomobilin şassi və mühərriki metaldan hazırlanıb.

Maşının bütün digər detalları taxta və ağac materialındandır.

Çinli dülgər layihə üzərində 8 il çalışıb və 28 min dollar pul xərcləyib.