Çinli alimlərdən İLK: İflic olan kişinin kəlləsinə…

0
129

Çindən olan neyrocərrahlar qrupu iflic olan kişinin kəlləsinə simsiz prosessor yerləşdirib. Beləliklə, alimlər onun hərəkət bacarıqlarını, o cümlədən özbaşına su içmək qabiliyyətini bərpa ediblər.

24 oktyabr 2023-cü il tarixində klinik sınaq çərçivəsində implantasiya əməliyyatı keçirən xəstə avtomobil qəzası nəticəsində ağır onurğa beyni zədəsi alıb. O, 14 il ərzində tamamilə iflic olub. Neyrocərrahlar xəstənin kəlləsinə minimal invaziv simsiz neyron interfeys prosessoru yerləşdirib, sonra onun beyninin hissiyyat və hərəkət funksiyalarına cavabdeh olan nahiyəsində sinir sistemindən siqnallar gəldiyini görüblər.

O, üç ay evdə məşq etdikdən sonra hava ilə doldurulmuş əlcəkdən istifadə edərək müstəqil olaraq su şüşəsini götürə bilir, şar beyin dalğaları tərəfindən idarə olunur, hərəkətlərinin dəqiqliyi isə 90 faizdən yuxarıdır.

“Tədqiqatda iştirak edən neyrocərrahların sözlərinə görə, xəstənin onurğa beyni zədələnməsinin klinik göstəriciləri və hissiyyatı da də yaxşılaşıb”,- “People’s Daily” onlayn yazır.