Çinin Uhan şəhərində tapılan və COVID-19 adı verilən yeni növ koronavirusa yoluxma sayı doqquz milyona yaxınlaşır.Çinli professor Li Lanjuan yeni növ koronavirusun -20 dərəcədə 20 il yaşaya biləcəyini açıqlayıb.
Onun sözlərinə görə, virus dondurulmuş məhsullarda belə qalma gücünə malikdir.
L.Lanjuan qeyd edib ki, bu səbəbdən koronavirus donmuş məhsulların satıldığı bazarda daha sürətlə yayılıb.