Çinin əhalisi sürətlə azalır: Bu qədər oldu

0
163

Çinin əhalisi 2022-ci ildə başlayan uzunmüddətli azalma tendensiyasını davam etdirərək 2023-cü ildə təxminən 2 milyon nəfər azalıb.

Milli Statistika Bürosunun (UIB) məlumatına görə, 2022-ci ildə 1 milyard 411 milyon olan əhali 2023-cü ildə 1 milyard 409 milyon nəfərə qədər azalıb.

Ölkə əhalisi 2022-ci ildə başlayan azalma tendensiyasını 2023-cü ildə də davam etdirib. 1960-cı illərdən sonra 2022-ci ildə Çin əhalisi quraqlıq və aclıq illərindən sonra ilk dəfə azalmışdı. 2022-ci il Çində əhalinin azalması tendensiyasının başladığı il olub.

Çində 2023-cü ildə 9,02 milyon körpə doğulduğu halda 2022-ci illə müqayisədə 5,6 faiz azalıb. Doğum nisbəti milli qeydlərin aparılmağa başladığı 1949-cu ildən bəri ən aşağı səviyyəyə enərək mində 6,39 olub. 2023-cü ildə ölkədə 11,1 milyon ölüm qeydə alındığı halda, ölüm nisbəti hər min nəfərə 7,87-yə yüksəlib. Ötən illə müqayisədə ölüm hallarının sürətlə artması diqqəti cəlb edib.