Çingiz Abdullayev: “Ölkəmizi Avropada təmsil etmək hər zaman şərəfli və məsuliyyətli işdir”

0
382

Çingiz Abdullayev: "Ölkəmizi Avropada təmsil etmək hər zaman şərəfli və məsuliyyətli işdir"“Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədri, Azərbaycan Xalq Yazıçısı Çingiz Abdullayev klubun açılışı ilə əlaqədar təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli dostlar! Sizi AZE NAKHCHIVAN-KÖLN SK Futbol Klubunun açılışı münasibəti ilə təbrik edirəm. Ölkəmizi Avropada təmsil etmək hər zaman şərəfli və məsuliyyətli işdir. Dövlətimizi Almaniya kimi futbol ölkəsində təmsil etmək xüsusi bir məsuliyyətdir. Sizə bol uğurlar, çoxlu qələbələr və böyük inkişaf arzu edirəm. Siz öz tarixi Vətəniniz üçün çox vacib bir iş görürsünüz”.