“CinemaPlus” kinoteatrlar şəbəkəsi 20 yanvar tarixində “Qanlı Yanvar” filminin ödənişsiz nümayişi keçiriləcək.
Kinoteatrdan verilən məlumata görə, filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.
Film 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. Ekran əsərinin süjet xəttinə görə, iki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası Xədicədir.
Bundan başqa, yanvarın 20-də “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxaracaq.