Çindən sonra Qazaxıstanda da metapnevmovirus infeksiyasına yoluxma halları qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin “Telegram” kanalında məlumat verilib.Qeyd olunur ki, epidemiya başlayandan 8 360 xəstəlik halı aşkarlanıb ki, onlardan 30 nəfəri metapnevmovirusa yoluxub.Bundan
başqa, oktyabrın 1-dən Qazaxıstanda ümumilikdə 2 002 335 respirator
virus KRVİ və 941 laborator təsdiqlənmiş qrip hadisəsi qeydə alınıb.