Çindən Avropaya qədər… – Azərbaycan Avrasiyanın internet habına çevrilir

0
314
Çindən Avropaya qədər... - Azərbaycan Avrasiyanın internet habına çevrilir

Azərbaycanlı iş adamı Nəsib Həsənovun sahibi olduğu “NEQSOL Holding” şirkəti Gürcüstanın “Caucasus Online” şirkətinin səhmlərinin 100 faizinin sahibi olub.

Bu, Çini Avropa ilə birləşdirəcək Avro-Asiya fiberoptik layihəsinin önünün açılması deməkdir. “Caucasus Online” şirkətinin operatoru olduğu Qara dənizin dibi ilə uzanan 1200 kilometrlik fiber-optik kabel (Avropa ilə Cənubi Qafqazı birləşdirən ən böyük fiber-tranzit magistralı) bu layihədə xüsusi önəm daşıyır.

Bu infrastruktura Azərbaycan şirkətinin sahib olması ciddi perspektivlər vəd edir:

1. Avrasiyanın, eləcə də dünyanın gələcəyinin müəyyənləşdirilməsində mühüm rol oynayan “bir kəmər bir yol” layihəsində Azərbaycanın yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artır: Avro-Asiya fiberoptik layihəsi “rəqəmsal ipək yolu”nun bir hissəsidir;

2. Azərbaycan regionda ən böyük rəqəmsal mərkəzə çevrilir: Avro-Asiya fiberoptik layihəsində Xəzər dənizinin dibi ilə iki böyük kabel çəkiləcək və artıq Azərbaycan şirkətinə məxsus fiberoptik kabelə qoşulacaq; beləliklə, Azərbaycan Çin-Avropa internet tranzitində hab rolunu oynayacaq;

3. Dünyanın nəhəng onlayn şirkətlərinin Azərbaycana marağı artacaq;

4. Ən əsası Ermənistanın internet axınını izləmək, təhlil etmək imkanı əldə edə bilərik: bu ölkənin internet trafikinin 80 faizi “Caucasus Online” şirkətinə məxsus fiberoptik kabeldən təmin olunurdu, indi bunu Azərbaycan şirkəti həyata keçirəcək.