Çində uşaqlar arasında yeni pnevmoniya yayılır

0
147

Ümumdünya Səhiyyə Təşkilatı Çindən bu ölkədə geniş yayılmağa başlayan, hazırda naməlum uşaqlıq pnevmoniyasının baş verməsi ilə bağlı əlavə klinik və epidemioloji məlumatlar tələb edib.

Bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

Çinin Milli Səhiyyə Komissiyası keçən il uşaqlar arasında yuxarıda qeyd olunan yeni pnevmoniya hallarının artdığını qeyd edib.

Çin hakimiyyəti bu artımı antikoronavirus məhdudiyyətlərinin aradan qaldırılması və qrip virusunun ölkədə aktiv dövriyyəsi ilə əlaqələndirir.

Daha əvvəl ÜST COVID-19-a qarşı peyvənd olunmayanların hamısını peyvənd etməyə çağırmışdı.