Çində real TƏHLÜKƏ – Narıncı xəbərdarlıq elan edildi

0
34

Çinin şimalında milli miqyasda 11-ə çatan güclü küləklə əlaqədar narıncı xəbərdarlıq elan edilib. 

Milli Meteorologiya Mərkəzi (NMC) şiddətli küləklərin bazar ertəsi səhərə qədər davam edəcəyini gözləyir.

Cümə günü axşamdan başlayaraq ölkənin şimalında soyuq hava fırtınalara səbəb olub. Çinin Sinxua agentliyi xəbər verir ki, bazar ertəsi səhər saat 8-ə qədər sürəti 11-ə çatan küləklər (sürəti saniyədə 28,5-32,6 metr) Daxili Monqolustan Muxtar Bölgəsi, həmçinin Şansi, Hebey və Pekin əyalətlərinə təsir edəcək.

Pekində və digər bölgələrdə kəskin hava şəraiti yüzlərlə aviareysin təxirə salınmasına, ictimai parkların bağlanmasına, ağacların aşmasına səbəb olub. Güclü külək avtomobillərə və tarixi binalara ziyan vurub.

Çində dörd səviyyədən ibarət rəng kodlu hava xəbərdarlığı sistemi var: qırmızı ən yüksək riskdir, ondan sonra narıncı, sarı və mavi gəlir. Narıncı səviyyə real təhlükədən xəbər verir, o cümlədən güclü küləklər, güclü yağışlar, tufanlar baş verir. İqtisadiyyata və sosial həyata mənfi təsir göstərir. Əhəmiyyətli maddi itkilərə və hətta tələfatlara səbəb ola biləcək digər ekstremal hadisələr gözlənilir.